Litva Rusiyadan taxıl tranzitini qadağan etdirmək istəyir - Aİ-yə müraciət
Bizi izləyin

MDB

Litva Rusiyadan taxıl tranzitini qadağan etdirmək istəyir - Aİ-yə müraciət

Litva Rusiyadan taxıl tranzitini qadağan etdirmək istəyir - Aİ-yə müraciət

Litva Rusiyadan taxıl tranzitinin Avropa İttifaqı ərazisindən keçirilməsinin qadağan olunmasını istəyir.

Publika.az xəbər verir ki, bu barədə Litvanın baş naziri Mindauqas Sinkevçyus sosial şəbəkə hesabında yazıb.

O, Rusiyadan taxıl tranzitinə indiyədək Aİ-nin ərzaq məhsullarına qarşı sanksiyalar tətbiq etməməsi əsas gətirilərək icazə verildiyini bildirib.

Baş nazir yaranmış vəziyyəti qəbuledilməz adlandırıb və Baltikyanı ölkələrin Rusiya taxılının limanlar vasitəsilə daşınmasının qarşısını almaq üçün tədbirlər gördüyünü qeyd edib. Sinkevçyus Litvanın məsələni Aİ səviyyəsində qaldıracağını və Rusiyanın kənd təsərrüfatı sektorundan olan bəzi şəxslərin də sanksiya siyahısına daxil edilməsini təklif edəcəyini bildirib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm