Rusiyada borclular üçün cərimələr artırılır: Vətəndaşları nə gözləyir?
Bizi izləyin

MDB

Rusiyada borclular üçün cərimələr artırılır: Vətəndaşları nə gözləyir?

Rusiyada borclular üçün cərimələr artırılır: Vətəndaşları nə gözləyir?

Rusiyada borclarını vaxtında ödəməyən vətəndaşlar üçün maliyyə yükü arta bilər. İcra rüsumlarından büdcəyə daxilolmaların 2029-cu ilədək 151,6 milyard rubla (3,28 milyard manat) çatacağı proqnozlaşdırılır.

Publika.az xəbər verir ki, bu artım borcların məcburi qaydada tutulması prosesinin intensivləşməsi və icra rüsumunun dərəcəsinin yüksəldilməsi ilə əlaqələndirilir.

Məlumata görə, istehlak kreditləri, kredit kartları, mikrokreditlər, kommunal ödənişlər və digər öhdəliklər üzrə borclar vətəndaşlar üçün əsas problem olaraq qalır. Ekspertlər xəbərdarlıq edirlər ki, borcların daha fəal şəkildə tutulması bəzi insanların maliyyə vəziyyətini ağırlaşdıra və onları daha dərin borc bataqlığına sala bilər.

Rusiya mətbuatında yayımlanan məlumata görə, məhkəmə icraçılarına vətəndaşlardan toplanan rüsumları artırmaq tapşırılıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm