Ukrayna "Lukoyl" neft emalı zavodunu vurdu
Bizi izləyin

MDB

Ukrayna "Lukoyl" neft emalı zavodunu vurdu

Ukrayna "Lukoyl" neft emalı zavodunu vurdu

Ukrayna Silahlı Qüvvələri oktyabrın 9-da səhər saatlarında Rusiyanın Komi Respublikasının Uxta şəhərinə PUA-larla hücum edib. Şəhərdə hava həyəcanı siqnalları işə salınıb, partlayış və atəş səsləri eşidilib. Yerli sakinlərin sosial şəbəkələrdə paylaşdığı görüntülərdə səmada uçan dronlar və qara tüstü görünür.

Publika.az xəbər verir ki, Ukraynanın “Supernova+” monitorinq kanalı hücumun “Lukoyl-Uxtaneftepererabotka” neft emalı zavoduna (NEZ) yönəldiyini bildirib.

Məlumata görə, müəssisə 2025-ci ildə təxminən 3 milyon ton neft emal edib. Bu, Rusiyanın ümumi neft emalının 1,1 faizini təşkil edib. Zavodda avtomobil benzini, dizel yanacağı, mazut və vakuum qazoylu istehsal olunur.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi səhər saat 08:30 radələrində Uxta hava limanında təyyarələrin qəbulu və göndərilməsinə məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb. Eyni zamanda, şəhərdə dron təhlükəsi elan olunub. Uxtanın meri Marina Metelyeva vəziyyəti “nəzarət altında” kimi xarakterizə edib. Komi Respublikasının antiterror komissiyası isə şəhərdə pilotsuz uçuş aparatlarının məhv edildiyini bildirib.

Uxta şəhəri ilə Ukrayna sərhədi arasındakı məsafə təxminən 1700 kilometrdir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm