MDB
Trampla Putinin telefon danışığının detalları
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da telefonla danışıb.
Publika.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytının yaydığı məlumata görə, liderlər Rusiya-Ukrayna münaqişəsinin nizamlanması yollarını, İran ətrafındakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.
Telefon danışığında qlobal enerji bazarındakı vəziyyətə də xüsusi diqqət ayrılıb. Rusiya tərəfi ABŞ-a və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu bildirib. Moskva bu tədarüklərin qlobal iqtisadiyyata müsbət təsir göstərəcəyini vurğulayıb.
Tərəflər, həmçinin prezidentlər arasında birbaşa təmasları, eləcə də iki ölkənin prezident administrasiyaları, xüsusi xidmət orqanları və digər qurumları arasında əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
-
Region21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
















.jpg)








.jpg)











.jpg)


