MDB
Rusiyadan maraqlı gediş - Kanalizasiyanı vurdular
Ukraynada gərgin döyüşlər davam edir.
Publika.az xəbər verir ki, Rusiya mediası ordunun Ukraynada maraqlı əməliyyat keçirdiyini yazıb. Saytlar tanınmış hərbi müxbir Yuri Kotenoka istinad ediblər. Belə ki, Kotenok "Telegram" kanalındakı paylaşımında Rusiya Silahlı Qüvvələrinin Kiyevin kanalizasiya sistemini hədəf aldığına işarə edib.
O Kiyevdəki mənbələrinə istinad edib və bildirib ki, Rusiya dizel yanacağının qlobal bazara tədarükünün bərpası elan edildikdən sonra Ukrayna paytaxtı "xüsusilə qaranlıq və soyuq" olub.
"Uzaqdan bir səs eşidildi... Dnepr yaxınlığındakı təpələrdən turşumuş bir qoxu gəlib. Yəqin ki, kanalizasiya təmizləyici qurğulara nəsə olub...", - hərbi müxbir yazıb.
Xatırladaq ki, oktyabrın 8-də Ukrayna Baş nazirinin birinci müavini və Energetika naziri Denis Şmıqal Kiyevdəki böyük enerji obyektlərindən birinin zədələndiyini bildirmişdi. Siyasətçi söhbətin hansı obyektdən getdiyini açıqlamayıb.
Müəllif: Tural
-
Magazin216:0513 min manatlıq çanta ilə poza verdi - FOTO
-
Region15:47Paşinyan: "Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm!"
-
Avropa15:30Kiyev şokda: Bolqarıstan daha Ukraynaya silah tədarük etməyəcək
-
Hadisə14:38Ordubadda qəzaya düşən deputatın vəziyyəti açıqlandı
-
Ekologiya13:09Sabahın hava proqnozu açıqlandı
-
Avropa12:57Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA

























.png)








