MDB
Məşhur çay bakteriyaya görə qadağan olundu - Azərbaycanda da satılır
Belarusda məşhur "Greenfield Buckwheat & Cocoabeans" çayının satışı qadağan edilib. Buna səbəb təhlükəsizlik qaydalarının pozulmasıdır.
Publika.az xəbər verir ki, bu barədə Belarus Dövlət Standartlaşdırma Komitəsi məlumat yayıb.
Komitə məhsullarda kif səviyyəsinin hədsiz dərəcə çox olduğunu və çaylarda qəbuledilməz səviyyədə koliform bakteriyalarının aşkarlandığını açıqlayıb. Təkcə kifin miqdarı normadan 70 dəfə çox olub.
10 oktyabr tarixindən etibarən bu çayların Belarusa idxalı, ölkədə dövriyyəsi və satışı qadağan edilib. Bundan əlavə, hazırda anbar və piştaxtalarda olan məhsullar da satışdan çıxarılmalıdır. Məhdudiyyət və qadağaların hansı müddətlik olması dəqiqləşdirilməyib.
"Greenfield" adı altında təqdim olunan çaylar Rusiyanın ən böyük çay və qəhvə istehsalçısı olan "Orimi" şirkəti tərəfindən istehsal olunur. Şirkət "Greenfield" ilə yanaşı, Leninqrad bölgəsindəki fabrikində "TESS", "Princess Nuri", "Princess Java", "Princess Kandy", "Gita", "Shah" və "Pearl of the Nile" brendləri altında çaylar, eləcə də "Jardin" və "Jockey" qəhvəsi istehsal edir.
Xatırladaq ki, Belarus 2024-cü ildə də Rusiyadan gələn "Greenfield" çayılarının idxalına qadağa qoymuşdu.
Qeyd edək ki, bu firmaya məxsus çaylar Azərbaycanda da satışa çıxarılır.
Müəllif: Tural
-
Rəsmi xronika12:50Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...
-
Ekologiya07:30Leysan, dolu, qar - Bu günün havası
-
Magazin107:17İradə İbrahimova: “Qadın evlidir, amma başqasını sevir”
-
Avropa05:15Ukrayna ilə bağlı qorxulu proqnoz




































.jpg)
