MDB
Varlıların bahalı yeməklərinə vergi tələsi - İllərdir istifadə edilən boşluq üzə çıxdı
Rusiyada varlıların süfrəsini bəzəyən bahalı dəniz məhsullarına tətbiq edilən vergilərin artırılması təklif olunub.
Publika.az xəbər verir ki, yeni təşəbbüsə əsasən, omar və lanqustin kimi delikates məhsullar üçün əlavə dəyər vergisinin 22 faizə çatdırılması nəzərdə tutulur.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko lüks dəniz məhsullarına tətbiq edilən vergi dərəcəsinin artırılması təşəbbüsü ilə çıxış edib.
Rusiya Balıqçılıq İttifaqından bildirilib ki, Matviyenkonun təklifi vergi qanunvericiliyində mövcud olan hüquqi boşluğun aradan qaldırılmasına yönəlib.
Məlum olub ki, hazırda sahibkarlar omar, lanqustin və digər bahalı dəniz məhsullarını “digər ərzaq məhsulları” kateqoriyasına daxil etməklə 22 faiz əvəzinə cəmi 10 faiz əlavə dəyər vergisi ödəyə bilirlər.
Beləliklə, mövcud təsnifat qaydaları bahalı delikateslərin güzəştli vergi rejimindən yararlanmasına imkan verir.
Yeni təşəbbüs qəbul edilərsə, həmin məhsullara tətbiq olunan vergi dərəcəsi 10 faizdən 22 faizə yüksələcək. Bu isə vergi dərəcəsinin 12 faiz bəndi, başqa sözlə, 120 faiz artırılması deməkdir.
Rusiya Balıqçılıq İttifaqının məlumatına görə, ölkə bazarında belə delikateslərin həcmi olduqca azdır. Üstəlik, bu məhsulların böyük hissəsi xaricdən idxal olunur.
Diqqət çəkən əsas məqam isə bahalı məhsulların indiyədək güzəştli vergi kateqoriyasına daxil edilə bilməsidir. (Musavat.com)
-
Qoroskop01:20Günün ulduz falı: saf davranışlarınız bəzi problemlərə yol aça bilər
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı


































.jpg)
