Rusiyada ayıların qətliamı: Təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Bizi izləyin

MDB

Rusiyada ayıların qətliamı: Təkcə Krasnoyarskda 982 ayı öldürülüb

Rusiyada ayıların qətliamı: Təkcə Krasnoyarskda 982 ayı öldürülüb

Krasnoyarsk diyarı Təbii Sərvətlər Nazirliyi bölgədə öldürülən ayıların sayının 982-yə çatdığını bildirir.

Publika.az xəbər verir ki, nazirliyin məlumatına görə, 8 oktyabr tarixinə bölgədə 898 ayı öldürülüb, lakin 12 oktyabr tarixinə qədər bu rəqəm artıq artıb.

Hesabatda qeyd olunur ki, regionun müəyyən ərazilərində ayıların hücum riski qalmaqdadır. Nazirlik populyasiya nəzarəti tədbirlərinin bir hissəsi olaraq 982 qəhvəyi ayının öldürüldüyünü dəqiqləşdirib.

Hökumətin monitorinq məlumatlarına görə, Krasnoyarsk diyarında ayı populyasiyası 25.000 ilə 32.000 arasında dəyişir. Bu yırtıcıların məskunlaşmış ərazilərə hücumlarının əsas səbəbinin tayqada qida çatışmazlığı olduğu düşünülür: 2026-cı il mövsümündə Sibirdə şam fıstığı məhsulu zəif olub.

Xatırladaq ki, avqust və sentyabr aylarında bölgədə ayıların hücumu nəticəsində yeddi nəfər ölüb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm