Lukaşenko qonşulara müraciət etdi: Yalnız bu halda müharibədən qaça biləcəyik
Bizi izləyin

MDB

Lukaşenko qonşulara müraciət etdi: Yalnız bu halda müharibədən qaça biləcəyik

Lukaşenko qonşulara müraciət etdi: Yalnız bu halda müharibədən qaça biləcəyik

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, qonşu dövlətlərlə iqtisadi əlaqələrin inkişaf etdirilməsi silahlı münaqişə riskini azalda bilər.

Publika.az xəbər verir ki, Lukaqşenko hesab edir ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, Minsk Polşa, Litva və Latviya ilə əməkdaşlıq etməlidir.

Onun sözlərini “BelTA” yayıb. Belarus lideri qonşu ölkələri qarşılıqlı qarşıdurmadan imtina etməyə və iqtisadi əlaqələrin bərpasına diqqət yetirməyə çağırıb. Lukaşenko hesab edir ki, ticarət və birgə layihələr hərbi münaqişələrin qarşısının alınmasında əlavə amilə çevrilə bilər.

Prezident vurğulayıb ki, "bir-birimizə yalnız eyhamla baxmadığımız, həm də iqtisadi cəhətdən əməkdaşlıq etməyə başladığımız zaman müharibədən qaça biləcəyik".

Dövlət başçısı Polşa, Litva və Latviyadan xüsusi bəhs edərək, coğrafi yaxınlıqlarına görə bu ölkələrlə münasibətlərin davam etdirilməsinin vacibliyini qeyd edib.

Lukaşenkonun sözlərinə görə, siyasi fikir ayrılıqlarından asılı olmayaraq, qonşuluq bütöv qalır və buna görə də Belarus qonşu dövlətlərlə iqtisadi əməkdaşlıq üçün imkanlar axtarmalıdır.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm