Lukaşenkodan Trampa xəbərdarlıq: Ukraynanın taleyini kim həll etməlidir?
Bizi izləyin

MDB

Lukaşenkodan Trampa xəbərdarlıq: Ukraynanın taleyini kim həll etməlidir?

Lukaşenkodan Trampa xəbərdarlıq: Ukraynanın taleyini kim həll etməlidir?

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukraynanın prezidentinin kim olacağına ABŞ prezidenti Donald Tramp deyil, Ukrayna xalqı qərar verməlidir. O, eyni zamanda Rusiya ilə Ukrayna arasında müharibənin yaxın gələcəkdə başa çatacağına əminliyini ifadə edib.

Publika.az xəbər verir ki, Lukaşenko bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Belarus lideri vurğulayıb ki, Vladimir Zelenski əvvəllər dövlət başçısı vəzifəsində yalnız bir müddət qalacağına söz verib və vədinə əməl etməlidir. Bununla belə, Lukaşenkonun sözlərinə görə, Tramp Ukraynaya necə davranmalı olduğunu diktə etməməlidir.

Lukaşenko hesab edir ki, müharibənin başa çatması həm Ukraynanın, həm də Rusiyanın maraqlarına uyğundur. O, sülhün bu il, yaxud gələn il əldə olunacağına əminliyini ifadə edib.

Belarus prezidentinin sözlərinə görə, ABŞ Rusiyaya sanksiyaların aradan qaldırılması və digər razılaşmaların mümkünlüyü barədə mesajlar verir. Eyni zamanda, Ukrayna ilə razılıq əldə olunmasa, gələn il vəziyyətin daha da çətinləşə biləcəyi bildirilir. Lukaşenko əlavə edib ki, hətta Rusiya Ukraynanın bütün ərazisinə nəzarəti ələ keçirsə belə, sanksiyalar qüvvədə qala bilər.

O, tərəfləri müharibəni dayandırmağa çağıraraq, istənilən silahlı münaqişənin sonda sülhlə bitdiyini xatırladıb.

“İstənilən müharibə sülhlə başa çatır. Buna görə də gec deyil, tez başa çatması daha yaxşıdır”, - Lukaşenko vurğulayıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm