Pensiyaçı qadınlar bu ölkəyə axışırlar - 523 manatla dəniz kənarında yeni həyat
Bizi izləyin

MDB

Pensiyaçı qadınlar bu ölkəyə axışırlar - 523 manatla dəniz kənarında yeni həyat

Pensiyaçı qadınlar bu ölkəyə axışırlar - 523 manatla dəniz kənarında yeni həyat

Rusiyada pensiyaçı qadınlar arasında yeni tendensiya geniş yayılır.

Publika.az xəbər verir ki, onlar sərt qış aylarını və soyuq havanı geridə qoyaraq pensiyaları ilə daha rahat yaşaya biləcəkləri isti ölkələrə üz tuturlar. Artıq belə ölkələrdən birində rusiyalı pensiyaçılardan ibarət bütöv məhəllə formalaşıb.

Novosibirsk, İrkutsk və Tümendən olan pensiyaçı qadınlar qış aylarını keçirmək üçün Vyetnamın məşhur Nyaçanq kurort şəhərinə köçürlər.

Dəniz sahilində yerləşən bu şəhərdə rusiyalı pensiyaçıların sayı o qədər artıb ki, onların məskunlaşdığı ərazi artıq ayrıca məhəllə kimi tanınmağa başlayıb. Nyaçanq isə qeyri-rəsmi olaraq “Miniatür Rusiya” adlandırılır.

Məlumata görə, Nyaçanq pensiyaçılar üçün dünyanın ən yaxşı səkkiz çimərlik istiqamətindən biri hesab olunur.

Rusiyalı qadınları bu şəhərə cəlb edən əsas səbəblər isti iqlim, dəniz sahili və yaşayış xərclərinin nisbətən aşağı olmasıdır.

Belə ki, Rusiyada orta aylıq pensiyanın 25,4 min rubl (təxminən 523 manat) olduğu bildirilir. Bu məbləğin Vyetnamda yerli əhalinin müəyyən hissəsinin aylıq qazancı ilə müqayisə oluna bildiyi qeyd edilir.

Ərzaq və ictimai iaşə qiymətləri də rusiyalı pensiyaçıların diqqətini çəkir. Məlumatda göstərilən qiymətlərə əsasən, ekzotik meyvələrdən hazırlanan smuzi 60 rubla (təxminən 1 manat 23 qəpik), bir porsiya istridyə 300 rubla (təxminən 6 manat 17 qəpik), kafedə nahar isə cəmi 226 rubla (təxminən 4 manat 65 qəpik) başa gəlir. (Musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm