MDB
Zelenskini kim əvəz edəcək? - Moskvadan diqqətçəkən iddia
Rusiya Təhlükəsizlik Şurasının və Prezident Administrasiyasının keçmiş rəhbəri Nikolay Bordyuja Volodimir Zelenski ilə bağlı diqqət çəkən açıqlamalar verib.
Publika.az xəbər verir ki, o, "RİA Novosti"yə müsahibəsində Qərbin Kiyevdə ciddi dəyişikliyə hazırlaşdığını iddia edib. Bordyuja qeyd edib ki, Qərb Zelenskini başqa bir nəzarət altında saxladığı "satellit"i ilə əvəz etməyə hazırdır.
"Onların artıq öz aralarında rəqabət aparan itaətkar namizədləri də var... Hər şey çoxdan hazırlanıb və həll olunub. Konkret adlar var və onlarla işləyirlər. Lazım gələrsə, başqa birini də təqdim etməyə hazırdırlar",- Bordyuja deyib.
Onun sözlərinə görə, namizədlər arasındakı yeganə fərq onların hansı ölkənin kəşfiyyat orqanında işləmələridir. Bununla belə, həmin namizədin əsas məqsədi Zelenskinin yerini tutmaq və Ukrayna üzərində Qərbin nəzarətini təmin etmək olacaq. Eyni zamanda, Bordyuja hesab edir ki, Qərb sülh tərəfdarı olan namizədin qalib gələ biləcəyi heç bir demokratik seçkiyə də icazə verməyəcək.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp Ukraynanın Rusiya ilə razılığa gələ biləcək yeni bir liderə ehtiyacı olduğunu bildirmişdi. Səlahiyyət müddəti 2024-cü ilin may ayında başa çatan Volodimir Zelenski ölkədəki müharibə şəraitinə görə seçkilər keçirməkdən imtina edib.
Müəllif: Tural
-
Rəsmi xronika19:40Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər
-
Kriminal19:00Tərtərdəki dəhşətli qətlin detalları məlum oldu
-
Nida Xəbər 18:50İndiyədək qadınlara verilirdi: kişilər də yararlanacaq - Azərbaycanda yeni qayda
-
Rəsmi xronika16:06Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO / YENİLƏNDİ
-
Region11:42Kremldə müzakirə edilib: Rusiya İrana qaz kəməri çəkir
-
Dünya10:24Türkiyəyə qarşı cəbhə: İsrail, Yunanıstan və Cənubi Kiprin Afina görüşünün detalları
-
MDB10:06Ermənistan gələn həftə bu hüququnu itirə bilər - Moskvadan xəbərdarlıq
-
İdman09:40Ronaldonun bacısından təsirli paylaşım: Taleyini dəyişdin, Portuqaliyanı da...



























.jpg)









.jpg)
