MDB
Zelenski təəssüfləndi
ABŞ tərəfi Rusiyaya qarşı sanksiyaların yumşaldılması üzrə fəaliyyətini davam etdirəcək.
Publika.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Prezident Volodimir Zelenski bildirib.
"Təəssüf ki, sanksiyaların götürülməsi davam edəcək. Hesab edirəm ki, bu çərçivədə "diesel deal" (dizel sazişi, red.) – ilk addımdır", - o bildirib.
V.Zelenski həmçinin ümid edib ki, ABŞ Prezidenti Donald Tramp Şərqi Avropada davam edən münaqişəni dayandırmaq üçün Rusiyaya təzyiq göstərməyə davam edəcək.
Qeyd edək ki, oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının yekunlarına əsasən razılıq əldə olunub və bu razılığa uyğun olaraq, Rusiya ABŞ və dünya bazarlarına dizel yanacağı partiyalarını tədarük etməyi öhdəsinə götürüb: oktyabrda 300 min tondan çox, noyabrda 500 min ton, bundan dərhal sonra 1 milyon ton və gələcəkdə 3–4,8 milyon tona (Rusiya neft emalı zavodlarının vəziyyətindən asılı olaraq) qədər.
Öz növbəsində, ABŞ Maliyyə Nazirliyi Rusiya dizelinə qarşı sanksiyaları 2027-ci il aprelin 7-nə qədər dayandıran ümumi lisenziya verib.
-
Magazin123:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
-
İdman22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"
-
Avropa21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?
-
Region20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi
-
ABŞ19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO






































