MDB
Moskvada 100-dən çox uçuş təxirə salındı
Moskva aeroportlarında tətbiq olunan təhlükəsizlik tədbirləri səbəbindən 100-dən çox reys ləngiyib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi özünün “Telegram” kanalında məlumat yayıb.
“Moskva vaxtı ilə saat 15:30 radələrinə olan məlumata görə, Moskva aviasiya qovşağının aeroportlarında gediş və gəliş üzrə 103 reys ləngiyib”, — deyə idarədən bildiriblər.
Hazırda paytaxtın bütün aeroportları müvafiq qurumlarla razılaşdırılmaqla təyyarələri yola salır və qəbul edir.
Nazirliyin məlumatına görə, oktyabrın 17-də nəqliyyat nazirinin müavini Vladimir Poteşkin Şeremetyevoda mülki aviasiyanın işi üzrə operativ qərargahın iclasını keçirib. İclas zamanı reyslərin ləngiməsi və ya ləğv edilməsi ilə bağlı sərnişinlərə göstərilməli olan xidmətlərə nəzarət etmək, reysin statusundakı dəyişikliklər barədə SMS məlumatlandırmanı təşkil etmək, habelə ehtiyat aerodromların təchizatını və buraxılış qabiliyyətini qiymətləndirmək tapşırılıb.
Hüseyn İbadlı
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı







































