MDB
Zelenski prezidentliyə namizəd olacaq? - Bizə 60 gün vaxt verin
Ukrayna Prezidenti Vladimir Zelenski müharibə bitməmişdən əvvəl Ukraynada prezident seçkiləri keçirilərsə, ikinci müddətə namizədliyini irəli sürəcəyini bildirib.
Publika.az xəbər verir ki, Zelenski bu barədə NBC News”a verdiyi müsahibədə deyib.
"Əgər bu, müharibə zamanı baş verərsə, əlbəttə ki, bu, mənim məsuliyyətimdir, çünki mən bu müharibənin əvvəlindən sonuna qədər ölkəmi müdafiə etməliyəm", - Zelemski deyib.
Eyni zamanda, o, seçkilərin keçirilməsinin ilk növbədə təhlükəsizlik məsələsindən asılı olduğunu vurğulayıb.
“Mən dedim ki, əgər Tramp və Putin mənim seçkilər keçirməyimi istəyirlərsə - əlbəttə ki, ilk növbədə, bu, xalqımızın seçimidir, amma əgər onlar həqiqətən istəyirlərsə, bizə başqa danışıqlar olmadan ən azı 60 günlük atəşkəs verin.
Cəmi 60 gün və biz qanunvericiliyimizi dəyişdirmək üçün əlimizdən gələni edəcəyik, lazımi təhlükəsizlik infrastrukturunu hazırlamaq üçün əlimizdən gələni edəcəyik. Amma inanın mənə, bu, tamamilə təhlükəli və inanılmaz görünür, çünki bizə ədalətli seçim lazımdır, əsgərlərimizin səs vermək imkanı olmalıdır, onlar səs verməlidirlər, axı onlar həqiqətən də ölkəmizi müdafiə edirlər. Və mən də məhz bunu dedim: əgər siz mənim seçkilər istəmədiyimi düşünürsünüzsə, bu, doğru deyil və ədalətsizdir və dünyada hər kəs bunu başa düşür -yəni ən azı Avropada və əminəm ki, ABŞ-da da”, - deyə Zelenski qeyd edib.
Müəllif: Tural
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün




































