Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
Bizi izləyin

MDB

Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?

Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?

Moldova sərhədçiləri hərbi xidmətdən yayınan bir şəxsi saxlamağa cəhd edən daha iki Ukrayna sərhədçisini saxlayıblar .

Publika.az xəbər verir ki, bu barədə “TVR Moldova” telekanalı məlumat yayıb.

Hadisə 17 oktyabrda, saat 15:00 radələrində ( Bakı vaxtı ilə) Vasilkau kəndi yaxınlığında baş verib. İlkin məlumata görə, iki Ukrayna sərhədçisi Moldova sahili yaxınlığında, Dnestr çayında bir həmyerlisini saxlamağa cəhd edib.

Ukrayna sərhədçiləri saxlanılaraq Sorocadakı sərhəd polis bölməsinə aparılıb. Onlara qarşı Moldova sərhədini qanunsuz keçməyə görə cinayət işi başlanıb.

Oxşar hadisə oktyabrın 15-də Soroça rayonunun Xoloşnitsa kəndi yaxınlığında baş verib. İki Ukrayna sərhədçisi qayıqda olan bir kişini təqib edib. Onlar ondan dayanmasını istəyiblər və bir neçə dəfə avarla zərbələr endiriblər. O, yerli sakinlər tərəfindən xilas edilib və sərhədçilər Moldova polisinə təhvil verilib. Ukrayna sərhədçilərinə qarşı cinayət işi açılıb. Zərərçəkən Moldova hakimiyyətinə sığınacaq üçün müraciət edib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm