MDB
Medvedyev Trampı lağa qoydu: “Məni öldürməyən, məni gücləndirir”
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını Fridrix Nitsşenin məşhur fikri ilə şərh edib.
Publika.az xəbər verir ki, Medvedyev buna ABŞ prezidenti Donald Trampın Vaşinqtonun Moskva ilə Ukrayna məsələsində fəal danışıqlar apardığı üçün hələlik yeni sanksiyalar tətbiq etməyəcəyi barədə açıqlamasından sonra münasibət bildirib.
Medvedyev “Maks” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, ABŞ Konqresində bu qərara görə Trampı tənqid edənlər olsa da, sanksiyaların təxirə salınmasını alqışlayanlar da var. Medvedyev bunu, xüsusilə respublikaçıları çətin seçkilərin gözlədiyi bir vaxtda, müəyyən cəsarət kimi qiymətləndirib.
Rusiya rəsmisi Trampı praqmatik şəxs adlandırıb. Onun fikrincə, ABŞ lideri strateq kimi o qədər də güclü olmasa da, biznes duyumu yaxşıdır. Medvedyev Rusiya ilə mümkün “dizel sazişi”nin və digər addımların Trampa müəyyən dividendlər gətirə biləcəyini bildirib.
Bununla belə, Medvedyev ABŞ-ın sanksiyalar siyasətinin mahiyyətinin dəyişmədiyini vurğulayıb:
“Mənəvi cəhətdən bu qanun və amerikalıların güzəştləri vecimə deyil. Sanksiyalara gəlincə isə, qoca Nitsşenin dediyi kimi: "Məni öldürməyən, məni gücləndirir”.
Müəllif: Adəm
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
























.jpg)









