Deportasiya edilən Nəvai Bəkirovun Qazaxıstana girişinə 5 il qadağa qoyuldu
Bizi izləyin

MDB

Deportasiya edilən Nəvai Bəkirovun Qazaxıstana girişinə 5 il qadağa qoyuldu

Deportasiya edilən Nəvai Bəkirovun Qazaxıstana girişinə 5 il qadağa qoyuldu

Rusiyalı reper Nəvai (əsl adı Nəvai Bəkirov) ölkədən deportasiya edildikdən sonra Qazaxıstana beş il müddətinə girişinə qadağa qoyulub.

Publika.az xəbər verir ki, bu barədə “Telegram” kanalı “Mash” məlumat yayıb.

Qazaxıstan polisi musiqiçinin peşmançılığı və ilk belə cinayət törətməsi səbəbindən ona qarşı narkotik qaçaqmalçılığı ilə bağlı cinayət işini dayandırdı və Bəkirovun deportasiyasına qərar verib.

Müğənninin məhkəməyə müraciət etməməsi şərtilə, sərhədi keçdiyi andan etibarən beş il müddətinə deportasiya zamanı giriş məhdudiyyətinin standart müddəti tətbiq olunduğu aydınlaşdırılıb. 20 oktyabr səhəri reper Moskvaya gəlib.

Oktyabrın 14-də hüquq-mühafizə orqanlarının əməkdaşları Nəvainin Qazaxıstana daxil olarkən avtomobilində narkotik aşkar ediblər. Sənətçi müvəqqəti saxlama təcridxanasına yerləşdirilib və iki ay müddətinə həbs edilib.

Nəvainin vəkili Rəna Kərimova “Gazeta.Ru”ya bildirib ki, sənətçi günahsızdır.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm