MDB
Lavrov Uitkoffa öncədən MESAJ VERDİ: "Rusiya ABŞ-a siyasi güzəşt etməyəcək"
Rusiya tərəfi danışıqlar aparan Stiven Uitkoff və Cared Kuşnerin təkliflərini dinləyəcək, lakin siyasi güzəştlərə getməyəcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ilk dəfə diplomatik xidmətə qəbul olunan ali məktəb məzunları ilə görüşündə bildirib.
“Nə təklif edəcəklərinə baxarıq. Əgər iqtisadi və maliyyə baxımından bizim üçün sərfəli olanı təklif etsələr, niyə də olmasın? Lakin bu, tərəfimizdən heç bir siyasi güzəştə getmədən və bütün dünya məsələlərində bizi irəli aparacaq siyasi rəğbət gözləmədən edilməlidir”, - nazir deyib.
O, həmçinin Rusiyanın yalnız özünə güvənməli olduğunu vurğulayıb.
Oktyabrın 20-də "Reuters" agentliyi mənbələrə istinadla Uitkoffun Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya səfər etməyi planlaşdırdığını bildirib. Amerikanın "Axios" xəbər portalının məlumatına görə, bu görüş daha gec baş tuta bilər. Belə ki, oktyabrın 20-də və ya 21-də Uitkoff və Kuşner Osloda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək, daha sonra isə Moskvaya yollanacaqlar.
Oktyabrın 8-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ-ın iqtisadiyyat sahəsində potensial olaraq qarşılıqlı faydalı ola biləcək bir sıra layihələri müzakirə etdiklərini bildirib.
Hüseyn İbadlı
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi
-
Dünya10:24Putinin nümayəndəsi Trampın elçilərini milli komandanın formasında qarşıladı - FOTO
-
Ekologiya10:16Yer kürəsində sakitlik olacaq - Düz bir həftə
-
Nida Xəbər 09:27General Natiq Əliyevin qızı saxlanıldı
-
İnanc06:46Ramazan ayı nə vaxt başlayır?










.jpg)

.jpg)























