Kreml Ukrayna münaqişəsinin həlli ilə bağlı MÜHÜM MESAJ VERDİ
Bizi izləyin

MDB

Kreml Ukrayna münaqişəsinin həlli ilə bağlı MÜHÜM MESAJ VERDİ

Kreml Ukrayna münaqişəsinin həlli ilə bağlı MÜHÜM MESAJ VERDİ

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadakı vəziyyətin nizamlanması istiqamətində mühüm irəliləyişə nail olmağın nəzəri cəhətdən mümkün olduğunu bildirib.

Publika.az xəbər verir ki, Peskov bunu jurnalistlərlə söhbətində qeyd edib.

Xatırladaq ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Vladimir Putinlə görüşə Ukrayna münaqişəsinin nizamlanmasına dair Birləşmiş Ştatların mövqeyinin əks olunduğu sənədləri gətirib.

Rusiya lideri ilə söhbəti zamanı Uitkoff atəşkəs razılaşmasının əldə olunması üçün hazırda zəruri zəminin formalaşdığını vurğulayıb. Vaşinqtonun nümayəndəsi, həmçinin Putinin Rusiya – ABŞ – Ukrayna formatında üçtərəfli danışıqların bərpası imkanını nəzərdən keçirəcəyinə ümid etdiyini də vurğulayıb.

Müəllif: Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm