Moskvada narahat gecə: Ukrayna 630 PUA ilə hücum edib
Bizi izləyin

MDB

Moskvada narahat gecə: Ukrayna 630 PUA ilə hücum edib

Moskvada narahat gecə: Ukrayna 630 PUA ilə hücum edib

Dünən gecə Moskva və Moskva bölgəsinə Ukraynanın irimiqyaslı pilotsuz təyyarə hücumu qeydə alınıb.

Publika.az xəbər verir ki, Moskva meri Sergey Sobyaninin sözlərinə görə, 21 oktyabr saat 20:30-dan 22 oktyabr saat 04:00-dək Moskva bölgəsinə 630 PUA uçub.

Sobyanin “Telegram”da yazıb: "21 oktyabr saat 20:30 ilə 22 oktyabr saat 04:00 arasında Moskva bölgəsinə doğru 630 PUA uçurdu. Onların əksəriyyəti uzaq sərhədlərdə hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. 163 dron Moskvaya yaxınlaşarkən zərərsizləşdirilib. Yeni Moskva İnzibati Dairəsinin Voronovo rayonunda iki nəfər yaralanıb, onlara bütün lazımi yardım göstərilir. Təcili yardım xidmətləri dağıntıların yerində işləyir".

Lipetsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsinin hücumu nəticəsində bir nəfər yaralanıb. Bu barədə qubernator İqor Artamonov məlumat verib.

Artamonov sosial mediada yazıb: "Dron zərbəsi nəticəsində Lipetsk şəhərinin müxtəlif ərazilərindəki bir neçə fərdi və çoxmənzilli binanın pəncərələri və fasadları zədələnib. 2001-ci il təvəllüdlü bir kişi yaralanıb. Hazırda o, xəstəxanadadır və lazımi tibbi yardım alır".

Onun sözlərinə görə, Merkulova küçəsindəki klinika binası da zədələnib. Hadisə baş verən zaman müəssisə bağlı olub və içəridə heç kim olmayıb.

Öz növbəsində, Tula vilayətinin rəhbəri Dmitri Milyayev bildirib ki, bölgə üzərində təxminən 70 Ukrayna dronu vurulub. İlkin məlumatlara görə, itki olmayıb, lakin fərdi evlərə ziyan dəyib.

Vilayət qubernatoru Aleksandr Qusev bildirib ki, dünən gecə Voronej və bölgənin dörd rayonu üzərində səmada 44 dron aşkar edilərək vurulub.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Bir neçə fərdi və çoxmənzilli binaya ziyan dəyib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm