Milyarder Süleymanovun işində killerlər ortaya çıxdı: İki nəfər həbs edildi
Bizi izləyin

MDB

Milyarder Süleymanovun işində killerlər ortaya çıxdı: İki nəfər həbs edildi

Milyarder Süleymanovun işində killerlər ortaya çıxdı: İki nəfər həbs edildi

Moskva məhkəməsi qətllər təşkil etməkdə ittiham olunan milyarder İbrahim Süleymanovun işi üzrə iki killeri həbs edib.

Publika.az xəbər verir ki, bu barədə TASS məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Cinayətin iki birbaşa iştirakçısı var. Hər biri Rusiya Cinayət Məcəlləsinin 30, 105 ("Mütəşəkkil dəstə tərəfindən adam öldürməyə cəhd") və 210 ("Cinayətkar birliyə qoşulma") maddələri ilə ittiham olunu . Onlar özlərini günahkar hesab etmirlər.

Milyarder İbrahim Süleymanov 2025-ci ilin oktyabr ayının əvvəlində Rublyovkadakı bağ evində həbs edilib. Müstəntiqlər onun 1999, 2004 və 2025-ci illərdə iki qətldə və rəqiblərinə qarşı bir sui-qəsd cəhdində iştirak etdiyinə inanırlar.

İş adamı ilə birlikdə onun əlbirləri Əhməd Batırsaxanov və Ukrayna vətəndaşı Denis Zeikan da həbs ediliblər.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm