MDB
Rusiya ilə Ukrayna cəsədləri dəyişdilər - Belarusda
Cümə axşamı günü Rusiya və Ukrayna arasında həlak olan hərbçilərin cəsədlərinin mübadiləsi Belarusda baş tutub.
Publika.az xəbər verir ki, bu barədə Belarus dövlət xəbər agentliyi “Belta” məlumat yayıb.
"Bu gün Rusiya və Ukrayna arasında Belarus sərhəd bölgəsində həlak olan hərbçilərin cəsədlərinin daha bir mübadiləsi baş tutub", - deyə açıqlamada bildirilir.
Qeyd olunur ki, mübadilə Belarus-Ukrayna sərhədindəki Novaya Quta keçid məntəqəsində baş tutub.
"Rusiya tərəfi Ukrayna tərəfinə 252, Ukrayna isə Rusiyaya 25 cəsəd təhvil verib".
Agentliyin məlumatına görə, Ukrayna münaqişəsi kontekstində Belarus humanitar marşrutlarda, ailələrin birləşdirilməsində və hərbi əsirlərin və həlak olan hərbçilərin cəsədlərinin dəyişdirilməsində kömək etməyə davam edir. Artıq Belarus ərazisində 70-dən çox humanitar mübadilə missiyası həyata keçirilib.
Rusiya və Ukrayna arasında əvvəlki cəsəd mübadiləsi sentyabr ayında baş tutmuşdu.
Müəllif: Tural
-
İdman21:26Gürcünü döyən Nurməhəmmədov və dostları həbs edildilər
-
Kriminal19:50Süni intellektlə hazırladığı görüntülərlə tələbələri şantaj etdi, saxlanıldı - Video
-
Elm və təhsil18:40Universitetlərə 5 illik xüsusi status veriləcək - Tələblər təsdiqləndi
-
ABŞ17:18Tramp Vensi İran danışıqlarından kənarlaşdırdı - Səlahiyyətləri dəyişdirildi
-
Sosial15:24Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
-
MDB14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
-
Sosial14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi






































