MDB
Putindən ümidverici açıqlama: "Razılığa gəldik ki..."
Rusiya və Ukrayna razılığa gələ bilər.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Vesti" proqramına müsahibəsində bildirib.
Putinin sözlərinə görə, Moskva ABŞ nümayəndələri ilə danışıqlar zamanı Kiyevlə üçtərəfli təmasların bərpasına hazır olduğunu bildirib.
"ABŞ administrasiyasının nümayəndələri ilə danışıqlarımıza gəlincə, bəli, üçtərəfli təmasları bərpa etməyə hazır olduğumuz barədə razılığa gəldik", – Putin deyib.
O qeyd edib ki, danışıqlarda sülh sazişləri əldə edildikdən sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin olunması məsələsi müzakirə ediləcək. Putin əlavə edib ki, Rusiyanın təhlükəsizliyindən danışarkən bütövlükdə Avropanın təhlükəsizlik arxitekturasını nəzərə almamaq mümkün deyil.
Xatırladaq ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Moskvada Vladimir Putinlə danışıqlar aparıblar. Görüşün yekunlarına əsasən Vaşinqton administrasiyasının nümayəndəsi danışıqları "konstruktiv" adlandırıb.
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO

































