Moskvaya doğru uçan 155 PUA vuruldu
Bizi izləyin

MDB

Moskvaya doğru uçan 155 PUA vuruldu

Moskvaya doğru uçan 155 PUA vuruldu

23 oktyabr gecəsi Rusiya hava hücumundan müdafiə qüvvələri Moskva bölgəsinə doğru uçan 155 PUA aşkar edib.

Publika.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

Merin sözlərinə görə, dronların əksəriyyəti uzaq məsafələrdə hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Sobyanin əlavə edib ki, Moskvaya yaxınlaşarkən beş PUA zərərsizləşdirilib.

Dünən gecə Rostov vilayəti də pilotsuz təyyarə hücumuna məruz qalıb. Qubernator Yuri Slyusarın sözlərinə görə, hücum dörd rayonda - Kamenski, Millerovski, Verxnedonski və Şoloxovskidə dəf edilib. Hadisə yerində itki və ya hər hansı bir nəticə barədə məlumat verilməyib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm