Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
Bizi izləyin

MDB

Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü

Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü

Avropa ölkələri Rusiya ilə danışıqlarda iştirak etmək üçün “nitq aparatlarından təyinatı üzrə istifadə etməyi öyrənməlidirlər”.

Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Pravo znat” proqramının efirində bildirib.

O vurğulayıb ki, danışıqların nəticə verməsi ehtimalı az olsa belə, Rusiya tərəfi həmişə müxtəlif formatlarda danışıqlara hazırdır. Diplomatın sözlərinə görə, Moskva dialoq təkliflərinə hər zaman cavab verib ki, istənilən fürsətdən istifadə etsin və danışıqlar imkanlarını pozmaqda ittiham olunmasın.

Onun sözlərinə görə, Qərbi Avropa siyasətçiləri nitq aparatlarından danışıq aparmaq üçün deyil, “rusofob təhqirlər” yağdırmaq və dezinformasiya yaymaq üçün istifadə edirlər.

Zaxarova əlavə edib ki, Avropada bəzi şəxslər Rusiya ilə dialoqun zəruriliyini anlayır və bu əlaqəni itirməməyə çağırırlar.

“Onlar üçün qapı həmişə açıqdır, buraya dərhal gəlmək, müxtəlif tədbirlərdə iştirak etmək, kiminsə adından və tapşırığı ilə və ya sadəcə öz adlarından danışıqlar aparmaq və sair üçün hər zaman imkan var. Biz də heç vaxt qapını bağlamamışıq”, – deyə o, fikrini yekunlaşdırıb.

Bundan əvvəl Rusiya və Prezident Vladimir Putinlə mümkün dialoqda Avropanı təmsil etmək üçün ən real namizədin Finlandiya Prezidenti Aleksandr Stubb olduğu barədə məlumat yayılmışdı. “Berliner Zeitung” (BZ) nəşrinin qeyd etdiyi kimi, Finlandiya lideri üç mühüm meyara cavab verir. Xüsusilə, onun Ağ Evin rəhbəri Donald Trampla uzun müddətdir formalaşmış münasibətləri var.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm