MDB
Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
Ukrayna Silahlı Qüvvələrinin (VSU) Belqorodda həyata keçirdiyi kütləvi hücum nəticəsində xəsarət alanların sayı 14-ə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Belqorod vilayətinin qubernatoru Aleksandr Şuvayev "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, yaralılardan səkkizi şəhər xəstəxanalarında müalicə olunur: "Həkimlər onlara lazımi tibbi yardım göstərirlər. Daha altı nəfər ambulator müalicə almağa davam edəcək".
Qubernator həmçinin bir mülki şəxsin ölməsi ilə bağlı yayılan xəbərlərin doğruluğunu təsdiqləyib. Şuvayev onun ailəsinə və yaxınlarına başsağlığı verib.
Məmur onu da əlavə edib ki, hücum nəticəsində 30 çoxmənzilli bina, 35 avtomobil, dörd fərdi ev, üç inzibati bina, səkkiz kommersiya obyekti və üç sosial obyektə ciddi ziyan dəyib.
Xatırladaq ki, 25 oktyabr gecəsi Ukrayna Silahlı Qüvvələri Belqoroda kütləvi hücumlar ediblər. Hücumlarda dronlardan istifadə edilib. Hücumdan sonra bir nəfərin ölməsi, on nəfərin yaralanması barədə xəbərlər yayılmışdı.
Müəllif: Tural
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
MDB09:37Ukrayna müharibə başlayandan lokomotiv parkının 17%-ni itirib
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü




































