MDB
Ukraynadan Rusiya ordusuna ağır zərbə
Ukrayna Silahlı Qüvvələri oktyabrın 24-25 tarixlərində Rusiya Ordusunun radar stansiyalarına, komandanlıq-müşahidə məntəqələrinə, canlı qüvvəsinin cəmləşmə məntəqəsinə zərbələr endirib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya Ordusunun Belqorod vilayətinin Qostişevo və Kurqanna şəhərləri yaxınlığında yerləşən radar stansiyalarına zərbələr endirilib: "Radarın vurulması Rusiya Ordusunun radar sahəsində boşluqlar yaradır və Ukrayna Müdafiə Qüvvələrinin bütün səviyyələrdə pilotsuz sistemlərdən istifadə etmək imkanlarını genişləndirir".
Baş Qərargah, həmçinin Zaporojye vilayətinin Tarasovka şəhəri yaxınlığında Rusiya qüvvələrin komandanlıq məntəqəsinə və Xerson vilayətinin Hola Pristan yaxınlığındakı komandanlıq-müşahidə məntəqəsinə zərbə endirilməsini təsdiqləyib. Bu zərbə Rusiya Ordusunun komandanlığını və nəzarətini pozur, döyüş meydanında bölmələrinin koordinasiyasını çətinləşdirir.
Həmçinin Donetsk vilayətindəki Nikolayevka və Novoukrainka şəhərləri yaxınlığında, eləcə də Zaporojyedəki Berdyansk, Oxrimovka və Tarasovkada Rusiya Ordusunun canlı qüvvəsinin cəmləşməsinə zərbə endirildiyi barədə məlumatlar da daxil olub.
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO



























_(1).jpg)









