MDB
Bu türk dövləti yenidən qurulur: İnzibati xəritə dəyişir, vilayətlər ləğv olunur
Qırğızıstanda inzibati-ərazi quruluşunda köklü dəyişikliklər ediləcək. Ölkədə vilayət və rayonların ləğv olunaraq onların yerində 20-dən çox yeni inzibati vahidin yaradılması planlaşdırılır.
Publika.az xəbər verir ki, bu barədə Qırğızıstanın Dövlət Qulluğu və Yerli Özünüidarəetmə İşləri üzrə Dövlət Agentliyinin rəhbəri Elçibek Jantayev açıqlama verib. Məlumatı “Sputnik Qırğızıstan” teleqram kanalı yayıb.
Jantayevin sözlərinə görə, yeni inzibati vahidlər rayonlardan böyük, vilayətlərdən isə kiçik olacaq. Hazırda ölkədə 40 rayon olduğu halda, islahat nəticəsində 20-dən çox aymaq (ərazi) yaradılacaq.
O, nümunə kimi İssık-Kul vilayətini göstərərək ərazinin şimal və cənub hissələrinə bölünəcəyini bildirib. Cəlal-Abad və Oş vilayətlərində də kiçik rayonların mövcud olduğunu, lakin onların yaxınlığında daha böyük inzibati vahidlərin formalaşdırılması üçün potensial ərazilərin yerləşdiyini qeyd edib.
Bu prinsiplər əsasında rayonların əraziləri birləşdirilərək böyüdüləcək, daha sonra isə aymaqlara çevriləcək.
Beləliklə, Qırğızıstan yeni inzibati-ərazi idarəetmə sisteminə keçəcək. İslahatın hansı müddətdə və hansı qaydada həyata keçiriləcəyi barədə hələlik ətraflı məlumat açıqlanmayıb.
Müəllif: Adəm
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)














