MDB
Rusiyanın üç sənaye müəssisəsinə hücum: Yanğınlar başlayıb
Oktyabrın 28-nə keçən gecə Rusiyanın Lipetsk vilayətindəki Novolipetsk Metallurgiya Kombinatının ərazisində yanğın baş verib. Eyni vaxtda Tula vilayətinin Novomoskovsk şəhərində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində yaşayış evlərinə və sənaye zonasının infrastrukturuna ziyan dəyib.
Publika.az xəbər verir ki, “Radar Lipetsk” "Telegram" kanalı Lipetskdə sənaye infrastrukturuna kütləvi hücumun dəf edildiyini bildirib. Daha sonra Novolipetsk Metallurgiya Kombinatının (NLMK) ərazisində yanğın baş verdiyi barədə məlumat yayılıb. Ukraynanın "Exilenova+" monitorinq kanalı da müəssisənin ərazisində yanğın olduğunu təsdiqləyib.
Rusiyanın ən böyük polad istehsalçısı olan NLMK ildə 17 milyon ton maye polad istehsal etmək gücünə malikdir.
Tula vilayətinin qubernatoru Dmitri Milyayev isə Novomoskovsk şəhərində Ukrayna PUA-larının kütləvi hücumunun qeydə alındığını açıqlayıb. Onun sözlərinə görə, dron qalıqlarının düşməsi nəticəsində çoxmənzilli yaşayış binasına, fərdi evlərə və yaxınlıqdakı sənaye zonasının infrastrukturuna ziyan dəyib. Xəsarət alanlarla bağlı məlumatlar dəqiqləşdirilir.
Bildirilib ki, hücumun hədəfi Rusiyanın azot gübrələri istehsal edən ən böyük müəssisələrindən biri olan “Azot” kimya zavodu olub. Müəssisədə ammonyak, ammonium nitrat, karbamid və metanol istehsal edilir.
Müəllif: Adəm
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO




























.jpg)










