Ukraynadan NATO-ya gözlənilməz mesaj: Artıq biz sizə lazımıq
Bizi izləyin

MDB

Ukraynadan NATO-ya gözlənilməz mesaj: Artıq biz sizə lazımıq

Ukraynadan NATO-ya gözlənilməz mesaj: Artıq biz sizə lazımıq

Ukrayna NATO-ya üzv olmasa belə, Avropanın təhlükəsizliyində aparıcı rol oynayır və qitənin müdafiə dayağıdır.

Publika.az xəbər verir ki, bunu “Ukrinform”a Ukraynanın Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə vitse-premyeri Vsevolod Çentsov bildirib.

“Yəqin ki, NATO-ya münasibətimizi yenidən nəzərdən keçirməliyik. Bəli, biz NATO-ya təhlükəsizlik çətiri kimi baxırdıq, amma indi vəziyyət başqadır. Hazırda daha çox tərəfdaşlıq barədə düşünürük, NATO isə Ukraynanın təcrübəsini öyrənir. Çünki indi bizim üçün təəssüf doğuran rol Avropanın müdafiəsinin ön xəttində dayanmaqdır”, - deyə vitse-premyer bildirib.

Onun sözlərinə görə, Ukraynanın yaxın vaxtlarda Şimali Atlantika Alyansına üzv olub-olmayacağı əsas məsələ deyil. Çentsov vurğulayıb ki, ölkəsi Avropanın təhlükəsizliyinin aparıcı qüvvəsi olaraq qalacaq, NATO üçün mühüm tərəfdaşdır və ümid edir ki, tezliklə Avropa İttifaqına da üzv olacaq.

Bundan əvvəl Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə sədr müavini Svetlana Jurova Ukraynanın NATO-ya üzvlükdən imtina etməsinin münaqişənin nizamlanması üzrə danışıqların əsas şərtlərindən biri olduğunu bildirib.

Parlamentari qeyd edib ki, qonşu ölkənin Alyansa mümkün qoşulması Rusiya üçün təhlükəlidir və Moskva bu məsələdən narahatdır.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm