Ukraynadan Rusiyaya kütləvi dron hücumu: Ölən və yaralananlar var
Bizi izləyin

MDB

Ukraynadan Rusiyaya kütləvi dron hücumu: Ölən və yaralananlar var

Ukraynadan Rusiyaya kütləvi dron hücumu: Ölən və yaralananlar var

Rusiyanın bir neçə regionunda Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar qeydə alınıb.

Publika.az xəbər verir ki, Tula vilayətinin qubernatoru Dmitri Milyayev ötən gecə region üzərində Ukraynaya məxsus 21 PUA-nın məhv edildiyini bildirib.

Belqorod vilayətinin qubernatoru Aleksandr Şuvayev isə ötən sutka ərzində regiona 105 hücumun qeydə alındığını açıqlayıb. Hücumlar Belqorod şəhərini və 15 rayonu əhatə edib. Beş artilleriya atəşi açılıb, PUA-lardan iki dəfə partlayıcı qurğu atılıb.

Bildirilib ki, sutka ərzində region üzərində 179 pilotsuz uçuş aparatı vurulub və ya elektron vasitələrlə zərərsizləşdirilib. Hücumlar nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Bundan başqa, Qaluqa vilayətində 94, Rostov vilayəti üzərində isə təxminən 50 PUA məhv edilib. Moskva istiqamətində vurulan pilotsuz aparatların sayı 194-ə çatıb.

Qeyd edək ki, Belqorod vilayətinin Qorodişe kəndində oktyabrın 27-də baş verən PUA hücumu zamanı akustik travma alan bir kişi də xəstəxanaya yerləşdirilib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm