Putinin fəaliyyətinə rusiyalıların neçə faizi dəstək verir? - SORĞU
Bizi izləyin

MDB

Putinin fəaliyyətinə rusiyalıların neçə faizi dəstək verir? - SORĞU

Putinin fəaliyyətinə rusiyalıların neçə faizi dəstək verir? - SORĞU

Rusiyada keçirilən sorğular Vladimir Putinə ictimai etimadın və onun fəaliyyətinin bəyənilmə səviyyəsinin 70 faizdən yüksək olduğunu göstərib.

Publika.az xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VTSİOM) və “İctimai Rəy” Fondu (FOM) sorğuların nəticələrini açıqlayıb.

FOM-un məlumatına görə, Rusiya prezidenti Vladimir Putinə etimad səviyyəsi 72 faiz, fəaliyyətinin bəyənilməsi isə 73 faiz təşkil edib.

VTSİOM-un sorğusunda isə bu göstəricilər müvafiq olaraq 75,6 və 71,6 faiz olub.

Sorğulara əsasən, baş nazir Mixail Mişustinin fəaliyyətini VTSİOM respondentlərinin 45,4 faizi, FOM iştirakçılarının isə 53 faizi bəyənib.

Rusiya hökumətinin fəaliyyətinə gəlincə, VTSİOM üzrə bu göstərici 44,2 faiz, FOM-un sorğusunda isə 48 faiz təşkil edib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm