Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
Bizi izləyin

MDB

Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək

Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək

Ukrayna Prezidenti Vladimir Zelenski ərazi məsələsini şəxsən müzakirə etməyə hazır olduğunu Vladimir Putinə çatdırıb.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib. Onun sözlərinə görə, Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Störe 27 oktyabrda telefon danışığı zamanı Zelenskinin mövqeyini Putinə çatdırıblar.

"Biz bu görüşü istəyirik və buna hazırıq. Çox güman ki, yalnız Zelenski ilə Putin arasında görüş danışıqlara yeni keyfiyyət gətirə bilər. Zelenski ərazi məsələləri də daxil olmaqla ən mürəkkəb və həssas məsələləri müzakirə etməyə hazırdır", - Sibiqa "Helsingin Sanomat"a verdiyi müsahibədə bildirib .

O, həmçinin iki ölkə liderləri arasında danışıqların demək olar ki, hər yerdə baş tuta biləcəyini vurğulayıb:

"Bizimin üçün fərqi yoxdur. Əsas odur ki, bu, Moskva və ya Belarus deyil. Yaxud da Şimali Koreya", - deyə Ukrayna naziri qeyd etdi. O əlavə etdi ki, Finlandiya və Norveç liderləri arasında Putinə edilən zəng Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqların noyabr ayında Əbu-Dabidə davam etdiriləcəyini təsdiqlədi.

"Bu görüş bizə Rusiyanın müharibəni diplomatik yollarla bitirməkdə ciddi olub-olmadığını göstərəcək", - Sibiqa bildirib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm