MDB
Ukrayna danışıqlarında yeni format: Avropanın taleyini üç ölkə həll edəcək?
ABŞ və Ukrayna Rusiya-Ukrayna müharibəsinin nizamlanması ilə bağlı gələcək danışıqlarda Fransa, Almaniya və Böyük Britaniyanın Avropanı təmsil etməsi imkanını nəzərdən keçirir. Söhbət Avropanın üç aparıcı dövlətini birləşdirən E3 formatından gedir.
Publika.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti dörd avropalı diplomatın məlumatına istinadən yazıb.
Müzakirə olunan təklifə əsasən, Paris, Berlin və London nizamlanma şərtlərinin müzakirəsi zamanı Avropa ölkələrinin maraqlarını təmsil edə bilər. Lakin bu yanaşma Avropa İttifaqının digər üzv dövlətlərində narahatlıq doğurur. Onlar bütün Avropaya təsir edəcək qərarların qəbulunda kənarda qalmaq istəmirlər.
Qəzetin həmsöhbətlərinin sözlərinə görə, bu variant ilkin olaraq sentyabr ayında müzakirə edilib. Həmin vaxt ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfərləri zamanı Ukrayna rəsmiləri ilə Avropanın diplomatik prosesdə iştirakı məsələsini də müzakirə ediblər.
Bununla belə, Avropa ölkələri arasında hələlik yekun razılıq əldə olunmayıb.
O da bildirilib ki, hazırda E3 formatına üstünlük verilir. Qeyd olunub ki, Ukraynanın Avropa İttifaqına üzvlüyü və sanksiyaların ləğvi kimi ciddi məsələlər müzakirə olunarkən Avropa institutlarının da prosesə qoşulması zərurəti yaranacaq.
Müəllif: Adəm
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi



































.jpg)
.jpg)
