ABŞ-dan Rusiyaya TERROR XƏBƏRDARLIĞI - FTX paytaxtda hərəkətə keçdi
Bizi izləyin

MDB

ABŞ-dan Rusiyaya TERROR XƏBƏRDARLIĞI - FTX paytaxtda hərəkətə keçdi

ABŞ-dan Rusiyaya TERROR XƏBƏRDARLIĞI - FTX paytaxtda hərəkətə keçdi

ABŞ Moskvada terror aktının hazırlanması ilə bağlı məlumatları Rusiyaya ötürüb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) istinadla məlumat yayıb.

Xüsusi xidmət orqanı məlumatın tərəfdaşlıq kanalları vasitəsilə əldə edildiyini dəqiqləşdirib.

“Hazırda müvafiq iş aparılır”, — deyə FTX-dən əlavə ediblər.

Avqustun 26-da Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov xüsusi xidmət orqanları xətti ilə Rusiya və ABŞ arasında əlaqələrin müsbət proses olduğunu bildirib.

Kremlin nümayəndəsinin sözlərinə görə, bu əlaqələrin iki ölkə arasında münasibətləri hazırkı “dərin böhrandan” çıxarmaq prosesinə necə təsir edəcəyi barədə danışmaq hələ tezdir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm