MDB
Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Türkiyədə görüşməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə Türkiyəyə səfər zamanı Ukrayna Prezidenti Volodimir Zelenski "CNN Türk"ə müsahibədə bildirib.
"Prezident (Rəcəb Tayyib-red.) Ərdoğanın Putinlə öz əlaqəsinin olduğunu bilirəm. Bu səbəbdən biz Türkiyədəki görüşü dəstəkləyirik. Amma burada çox önəmli bir məqam var. Sizin də dediyiniz kimi Türkiyədə onsuz da çox sayda görüş olub və Birləşmiş Ərəb Əmirliklərində də texniki qruplar və nümayəndə heyətləri arasında görüşlər baş tutub. Fərqli nəticələr əldə edilib, amma müharibə davam edir", - Ukrayna Prezidenti bildirib.
Zelenski vurğulayıb ki, liderlərin görüşündən sonra insanlar bir irəliləyiş görməsə, o zaman suallar artacaq və bu vəziyyət diplomatiyanın məğlubiyyəti kimi qiymətləndiriləcək: "Çünki texniki qruplar görüşdüklərində nəticəyə çatmaq mövzusunda çətinlik çəkə bilər. Amma biz, liderlər olaraq iradəmizi ortaya qoyduğumuzda həll edə bilməyəcəyimiz bir problem olduğunu düşünmürəm. Bu səbəbdən onsuz da qərar qəbul edənlər olaraq görüşmək istəyirəm".
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
Avropa14:57Almaniya DİN-dən iğtişaşlara görə sərt cəza vədi
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı
-
MDB11:18Bu ölkədə təqaüdçülərin sayı 40,5 milyonu keçdi
-
Hadisə10:15Bakıda fəaliyyəti dayanan ət kombinatı belə yandı - VİDEO



















.jpg)










.jpg)

.jpg)