MDB
Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
ABŞ-ın Moskvada terror aktının hazırlanması ilə bağlı məlumatını yoxlayan Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) TikTok-da “Tsaritsıno” parkında cinayət törətmək niyyəti barədə təhdid xarakterli video paylaşan yeniyetməni saxlayıb.
Publika.az xəbər verir ki, bu barədə FTX-in İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirlib ki, əməliyyat Rusiya Milli Qvardiyası, Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi ilə birgə keçirilib.
Bildirilib ki, yeniyetmə TikTok-da taktiki geyimdə, balaklavada və əlində avtomat silaha bənzər əşya ilə çəkilmiş fotolarını, eləcə də “Tsaritsıno” muzey-qoruğunda çəkdirdiyi şəkilləri “I found a place” (“Mən bir yer tapdım”) qeydi ilə paylaşıb.
Yeniyetmənin yaşadığı evdə aparılan axtarış zamanı geyim və aksesuarlar aşkarlanıb. Onun telefonunda təhdidlərin yayıldığı TikTok hesabı, Telegram-da neonasist kanala abunəlik, həmçinin terror aktları, kütləvi qətllər və digər zorakılıq halları ilə bağlı çoxsaylı axtarış sorğuları aşkar edilib.
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi



































.jpg)
