MDB
Rusiyalı iş adamı Qazaxıstanda axtarışa verildi
Rusiyalı biznesmen Dmitri Punin və onun həmkarı qanunsuz onlayn kazinolarla əlaqədar Qazaxıstanda axtarışa verilib.
Publika.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı yazıb.
İstintaqın versiyasına görə, Punin və Marina İlyina qanunsuz PIN-UP və PINCO onlayn kazinolarının təşkili ilə əlaqəlidirlər. İşlə Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyi məşğul olur. Agentliyin məlumatına görə, bu platformalar xaricdən əlaqəli şirkətlər vasitəsilə idarə edilib.
Oyunçuların vəsaitləri əvvəlcə tranzit hesablara daxil olur, daha sonra kriptovalyutaya çevrilib. Qazaxıstan istifadəçiləri onlayn kazinolarda təxminən 100 milyard tenge (17,8 milyard rubl) uduzmuş ola bilərlər. Bildirilir ki, 2026-cı ilin fevralında ölkədə Dmitri Drujinski və Marina Levkoviç də axtarışa verilib. Onların Punin və İlyinanın ehtimal olunan əməkdaşları olduğu qeyd edilib.
Hüseyn İbadlı
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi

































.jpg)
