MDB
Rusiyalı milyarderlərin sərvəti “əriyir” - İtkilər 28 milyard dolları ötdü
Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 2026-cı ilin əvvəlindən bəri 28 milyard dollardan çox azalıb.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin açıqladığı “Bloomberg Billionaires Index”in oktyabr ayı üzrə nəticələrini əks etdirən məlumatlarda bildirilir.
Reytinqə daxil olan rusiyalılar arasında ən böyük itkiyə “Norilsk Nikel” şirkətinin prezidenti Vladimir Potanin məruz qalıb. Onun sərvəti 8,1 milyard dollar azalaraq 21,6 milyard dollara düşüb.
İtkilərin həcminə görə ikinci yerdə “Onexim” investisiya qrupunun təsisçisi Mixail Proxorov qərarlaşıb. Onun sərvəti 4,86 milyard dollar azalaraq 10,8 milyard dollara enib.
Üçüncü yerdə isə Mixail Fridman gəlir. Onun kapitalı 3,8 milyard dollar azalaraq 10,4 milyard dollar təşkil edib.
Sərvəti azalan digər iş adamları arasında SUEK-in (Sibir Kömür Energetika Şirkəti – red.) təsisçisi Andrey Melnıçenko da var. O, 2,8 milyard dollar itirib.
“Telegram”ın həmtəsisçisi Pavel Durovun sərvəti isə 2,61 milyard dollar azalıb.
“Bloomberg Billionaires Index” dünyanın ən varlı 500 nəfərini əhatə edir. Sərvətlərin qiymətləndirilməsi, ilk növbədə, milyarderlərin pay sahibi olduqları şirkətlərin səhmlərinin dəyərinə əsaslanır. Bəzi aktivlər üzrə isə biznesin maliyyə göstəricilərindən də istifadə olunur.
Hüseyn İbadlı
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi

































.jpg)
