Ukrayna Moskvaya hücum etdi - 493 PUA ilə
Bizi izləyin

MDB

Ukrayna Moskvaya hücum etdi - 493 PUA ilə

Ukrayna Moskvaya hücum etdi - 493 PUA ilə

Noyabrın 3-nə keçən gecə Moskva istiqamətində 493 Ukrayna pilotsuz uçuş aparatı (PUA) qeydə alınıb. Onlardan 187-si birbaşa paytaxta yaxınlaşarkən zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat yayıb.

Onun sözlərinə görə, hücum noyabrın 2-si saat 20:30-dan noyabrın 3-ü saat 07:30-dək davam edib. Hava hücumundan müdafiə qüvvələri dronların böyük hissəsini Moskvanın uzaq sərhədlərində məhv edib.

Hücumun mümkün nəticələri barədə əlavə məlumat verilməyib.

Bundan başqa, Tula vilayəti üzərində də 38 Ukrayna PUA-sı vurulub. Vilayət qubernatoru Dmitri Milyayev bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, infrastruktura ziyan dəyməyib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm