Kiyevdə gizli həbsxana qalmaqalı: Budanovdan açıqlama
Bizi izləyin

MDB

Kiyevdə gizli həbsxana qalmaqalı: Budanovdan açıqlama

Kiyevdə gizli həbsxana qalmaqalı: Budanovdan açıqlama

Kiyev yaxınlığında insanların zorla saxlanılması ilə bağlı baş verənlər Ukrayna dövləti üçün qəbuledilməzdir.

Publika.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov “Telegram” kanalında yazıb.

O bildirib ki, hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar hadisənin təfərrüatrını araşdırır, baş verənlərin obyektiv və tam mənzərəsini müəyyənləşdirməyə çalışır.

Budanovun sözlərinə görə, məqsəd günahkarların məsuliyyətə cəlb edilməsi və gələcəkdə oxşar hadisələrin təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsidir. O əlavə edib ki, Kiyev təhlükəsizlik strukturları ilə birlikdə mümkün təxribatların qarşısını almaq üçün lazımi qərarlar hazırlayır.

Qeyd edək ki, noyabrın 2-də axşam saatlarında internetdə Ukrayna hərbi hissələrindən qaçmış hərbçilərin saxlanıldığı gizli həbsxana barədə məlumatlar yayılıb. Sonradan bu obyektin “Azov” təşkilatı ilə əlaqəli olduğu üzə çıxıb. Kiyev yaxınlığındakı Petropavlovskaya Borşaqovka kəndində yerləşən evin təşkilatın müvəqqəti dislokasiya məntəqəsi kimi qeydiyyatda olduğu bildirilib.

Hadisədən qəzəblənən Kiyev sakinləri saxlanılanları azad etmək məqsədilə obyektin qarşısına toplaşıblar. Lakin onlar Milli Qvardiya və polis əməkdaşlarının müqaviməti ilə üzləşiblər. Nəticədə qarşıdurma küçə döyüşləri səviyyəsinə qədər böyüyüb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm