MDB
Azərbaycandan geri qaytarılan məhsulla bağlı Rusiyada təşviş
Azərbaycana idxalı qadağan edilən “Krestyanskoye Çudo” bitki-yağlı spredi Rusiyanın Tula vilayətində mağazalarda axtarılır.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Rospotrebnadzor” qurumunun regional idarəsi məlumat yayıb.
Yoxlamalara Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin laborator müayinələr zamanı məhsulda təhlükəsizlik normalarının pozulduğunu aşkarlaması səbəb olub. Araşdırma nəticəsində spredin tərkibində 3-MCPD maddəsinin miqdarının normadan artıq olduğu müəyyən edilib.
Bununla əlaqədar Azərbaycan məhsulun idxalını qadağan edib və ümumi çəkisi 20 ton olan partiyanı Rusiyaya geri qaytarıb.
Hazırda Rusiya qurumunun əməkdaşları Tula vilayətində məhsulun satışda olub-olmadığını yoxlayır. Aşkar ediləcəyi təqdirdə, onun ticarət obyektlərindən çıxarılması nəzərdə tutulur.
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika4 Noyabr 15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop4 Noyabr 14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri












.jpg)

























