MDB
Ukrayna Rusiyanın ən böyük neftayırma zavodlarından birini vurdu - Güclü yanğın başladı
Noyabrın 5-nə keçən gecə Ukrayna pilotsuz uçuş aparatları (PUA) Rusiyanın bir neçə vilayətinə hücum edib. Zərbələr nəticəsində Ryazanda neftayırma zavodunun ərazisində güclü yanğın başlayıb.
Publika.az xəbər verir ki, Ryazan vilayətinin qubernatoru Pavel Malkov sənaye obyektlərində yanğınların baş verdiyini, elektrik xətlərinin zədələndiyini və şəhərin bir hissəsində elektrik təchizatında fasilələr yarandığını bildirib. Bir nəfərin yaralandığı qeyd olunur.
Monitorinq kanallarının məlumatına görə, hücumun hədəflərindən biri “Rosneft”ə məxsus Ryazan neftayırma zavodu olub. İllik 17 milyon tondan çox neft emal etmək gücünə malik müəssisə Rusiyanın ən böyük neftayırma zavodlarından biridir və Moskva ilə mərkəzi bölgələri yanacaqla təmin edir.
Həmin gecə Ryazanda “Wildberries” şirkətinin böyük logistika mərkəzinin də PUA hücumuna məruz qaldığı və ərazidə yanğın baş verdiyi bildirilir.
Bundan başqa, Rostov vilayətində 50-yə yaxın, Voronej vilayətində isə 48 PUA-nın vurulduğu açıqlanıb. Hər iki bölgənin qubernatorları ilkin məlumata görə, tələfat olmadığını bildiriblər. Voronejdə pilotsuz aparatların qalıqları fərdi evin hasarına və yarımqoşquya ziyan vurub.
Müəllif: Adəm
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
-
Nida Xəbər 10:06Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
-
Region08:49Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq - 24 saat ərzində…
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı


























.jpg)








