MDB
Moskva sammitində Ermənistanın taleyi həll oluna bilər
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün gələcək taleyi noyabrın 11-də Moskvada keçiriləcək sammitdə müzakirə oluna bilər.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistanın KTMT-də tamhüquqlu iştirakını bərpa etmək imkanı hələ də var. Bununla belə, heç kim ölkəni təşkilatda qalmağa məcbur etmək niyyətində deyil.
O qeyd edib ki, Ermənistan təşkilatın nizamnaməsində nəzərdə tutulan qaydalara uyğun olaraq üzvlükdən çıxmaq hüququna malikdir. Bunun üçün mövcud öhdəliklərini də yerinə yetirməlidir.
Ermənistan daha əvvəl KTMT-nin fəaliyyətində iştirakını dayandırdığını açıqlayıb. Oktyabrın sonunda ölkənin xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın bu qərarına yenidən baxmaq və təşkilatın fəaliyyətində iştirakını bərpa etmək niyyətində olmadığını bildirib.
Bundan əvvəl KTMT-nin baş katibi Taalatbek Masadıkov da Ermənistanın təşkilata üzvlüyü məsələsinin Moskvada keçiriləcək sammitdə müzakirə olunacağını istisna etməyib.
-
Qoroskop00:15Günün ULDUZ FALI - Qazanc fürsətləri qarşınıza çıxa bilər
-
Avropa5 Noyabr 23:12NATO qoşunları Latviyada inəklərə zərbələr endirdi
-
Avropa5 Noyabr 22:48Meqan Marklın ögey qardaşının başı dərddə - Yetkinlik yaşına çatmayan qızlar...
-
Sosial5 Noyabr 22:36Köçkün qadınlarla evlənən kişilərə yeni hüquq verildi
-
MDB5 Noyabr 22:24Xameneinin məktubu Putinə çatdırıldı
-
MDB5 Noyabr 21:00Japarov "Qazprom"a sərt xəbərdarlıq etdi
-
Dünya5 Noyabr 20:36Ayı ana və qızını evlərinin yaxınlığında parçaladı
-
İdman5 Noyabr 19:00“Qorxu mühiti yaradıb, etiraz edən hər kəs cəzalandırılır” - İnfantinodan gileylənən kimdir?



















.jpg)













.jpg)

