Əbu-Dabidə üçtərəfli danışıqlar: Putin-Zelenski görüşü gündəmdə
Bizi izləyin

MDB

Əbu-Dabidə üçtərəfli danışıqlar: Putin-Zelenski görüşü gündəmdə

Əbu-Dabidə üçtərəfli danışıqlar: Putin-Zelenski görüşü gündəmdə

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Əbu-Dabidə keçiriləcək üçtərəfli görüşdə təhlükəsizlik məsələlərinin və Vladimir Zelenski ilə Vladimir Putinin mümkün danışıqlarının perspektivlərinin müzakirə olunacağını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri “Telegram” kanalında məlumat yayıb.

Sibiqanın sözlərinə görə, yaxın günlərdə Əbu-Dabidə təhlükəsizlik məsələləri, etimadın möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar, eləcə də Putinlə Zelenskinin mümkün görüşünün gündəliyi müzakirə olunacaq.

Bundan əvvəl Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Qriqori Karasin Rusiyanın Əbu-Dabidə keçiriləcək danışıqlara hazırlaşdığını bildirmişdi. O, üçtərəfli görüşün yeni cəhdinin müsbət nəticə verəcəyini və Ukrayna münaqişəsinin dinc yolla həlli istiqamətində növbəti mərhələyə keçidə imkan yaradacağını ehtimal edib.

Müəllif: Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm