Zelenski: "Onlar torpaqlarımızı Putinə təhvil vermək istəmirlər”
Bizi izləyin

MDB

Zelenski: "Onlar torpaqlarımızı Putinə təhvil vermək istəmirlər”

Zelenski: "Onlar torpaqlarımızı Putinə təhvil vermək istəmirlər”

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinin yeni üzvlərindən və Demokrat Partiyasından Kiyevə daha çox dəstək gözlədiyini bildirib.

Publika.az xəbər verir ki, Zelenski bu barədə CNN telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Konqresin yeni üzvləri və Demokrat Partiyasının nümayəndələri Rusiyanı açıq şəkildə təcavüzkar kimi tanıyır və Ukrayna ərazilərinin Moskvaya verilməsini dəstəkləmirlər:

“Konqresə daxil olan yeni üzvlərdən, eləcə də Demokrat Partiyasından bizim tərəfimizdə olduqlarını eşitmişəm. Onlar Rusiya ilə aramızda tarazlıq yaratmağa çalışmırlar. Rusiyanın təcavüzkar olduğunu deməkdən çəkinmirlər. Torpaqlarımızı Putinə təhvil vermək istəmirlər”, - deyə Zelenski vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm