MDB
Peskov Əbu-Dabi danışıqları ilə bağlı susdu: Jurnalistlərin suallarını cavabsız qoydu
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın, ABŞ-ın və Ukraynanın nümayəndə heyətləri arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların detalları barədə danışmaqdan imtina edib.
Publika.az xəbər verir ki, bu barədə “MK” nəşri məlumat yayıb.
Peskov ənənəvi brifinqində danışıqların gündəliyi ilə bağlı jurnalistlərin suallarını cavablandırmayıb. Görüşdə konkret razılaşmaların əldə olunması ehtimalı barədə suala Kremlin sözçüsü belə cavab verib:
“Gəlin, xüsusilə də danışıqların davam etdiyi bir vaxtda bu cür suallara cavab verməyək”.
O, münaqişənin nizamlanması ilə bağlı müzakirə olunan məsələlər barədə əlavə məlumat verməyə hazır olmadığını bildirib. Peskovun sözlərinə görə, bütün detallar yalnız danışıqlar masası arxasında müzakirə edilməlidir.
Kremlin sözçüsü Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin danışıqlar zamanı və ya başa çatdıqdan sonra prezident Vladimir Putinlə əlaqə saxlayıb-saxlamayacağı barədə suala da konkret cavab verməyib. Bildirib ki, bu qərar danışıqların gedişindən asılı olacaq.
Məlumat üçün bildirək ki, Əbu-Dabidə üçtərəfli danışıqlar noyabrın 10-11-də keçirilir. Rusiya tərəfi müzakirələrdə əsas diqqətin münaqişədən sonrakı Avropanın təhlükəsizlik məsələlərinə yönəldilməsini planlaşdırır. Ukrayna isə qış mövsümü ərəfəsində infrastruktura zərbələrin dayandırılmasına nail olmağa çalışır.
Müəllif: Adəm
-
Sosial15:00Dekabrda neçə gün iş olmayacaq?
-
Nida Təhlil 13:57Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü
-
Ekologiya13:08Sabah yağış yağacaq - PROQNOZ
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...
-
Maraq dünyası10:19Bu bürclər bu həftə çox pul QAZANACAQ
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR

























.jpg)








.jpg)



