MDB
Tokayev qazax dilindəki bəzi sözləri süni hesab etdi: Lazımsızdır
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qazax dilinə daxil edilən bəzi süni sözlərin istifadəsinin zəruriliyini şübhə altına alıb.
Publika.az xəbər verir ki, Tokayev bu barədə Beynəlxalq “Qazax dili” Cəmiyyətinin X qurultayında çıxışı zamanı danışıb.
Prezident bildirib ki, “küysandıq” (piano), “kıltıma” (balkon), “subırqaq” (fəvvarə), “sebezi” (duş), “qırıkqabak” (kələm), “ünkağaz” (qəzet) və “jedelsatı” (lift) kimi süni sözlərin istifadəsinə ehtiyac şübhə doğurur.
Tokayev eyni zamanda dini anlayışlarla bağlı qazax dilindəki qədim sözlərin əvəzinə ərəb mənşəli ifadələrin işlədilməsinin də müzakirəyə ehtiyac duyduğunu vurğulayıb.
O, qazax dilinin orfoqrafiya qaydalarının yenidən nəzərdən keçirilməsini, lüğətlərin yenilənməsini və dilçilik sahəsində vahid rəqəmsal sistemin yaradılmasını təklif edib. Bu işlərin 2027-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Müəllif: Adəm
-
Region17:12Ermənistanın dövlət qurumlarının adı dələduzluqda hallanır - Əhaliyə müraciət
-
Dünya16:51Bu fotolar dünyanın diqqətini çəkdi
-
Sosial16:17Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Yaxın Şərq15:48ABŞ bu məsələdə İrana güzəştə getdi - 9 milyardlıq razılaşma
-
Sosial15:00Dekabrda neçə gün iş olmayacaq?
-
Nida Təhlil 13:57Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü
-
Ekologiya13:08Sabah yağış yağacaq - PROQNOZ
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi


























.jpg)







.jpg)



