Moskvadan sensasion iddia: Avropa Rusiya ilə anlaşmağa hazırlaşır
Bizi izləyin

MDB

Moskvadan sensasion iddia: Avropa Rusiya ilə anlaşmağa hazırlaşır

Moskvadan sensasion iddia: Avropa Rusiya ilə anlaşmağa hazırlaşır

Rusiya ilə Avropa arasında təmaslar yenidən intensivləşə bilər. Bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı, beynəlxalq münasibətlər üzrə ekspert Aleksey Çepa Ukrayna ilə bağlı Əbu-Dabidə davam edən danışıqları şərh edərkən bildirib.

Publika.az xəbər verir ki, Çepanın sözlərinə görə, avropalılar müəyyən müddətdən sonra Rusiya ilə əlaqələrin bərpası istiqamətində fəallaşa bilərlər.

“Lakin hələlik istiqamət dəyişməyib. Biz bugünkü danışıqlara və onların nəyisə dəyişə biləcəyinə ümid edirik”, - deyə keçmiş deputat vurğulayıb.

Ekspert hesab edir ki, Avropa daxilində Ukrayna məsələsi ilə bağlı yaranan fikir ayrılıqları Rusiya ilə qarşılıqlı əlaqələrin bərpası istəyinə təsir göstərə bilər.

Bundan əvvəl ABŞ-ın Avropaya təhlükəsizlik arxitekturasına yenidən baxılması məsələsini müzakirə etmək çağırışı etdiyi bildirilmişdi.

Noyabrın 9-da isə Avropa diplomatlarının Rusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda Avropanın yeni təhlükəsizlik arxitekturası məsələsinin müzakirəsinə mane olmağa çalışdıqları məlum olmuşdu.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm